Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ziyafət Əsgərov: İran 30 il münaqişə vəziyyətində olan Azərbaycana dəstək göstərmədi

ID:

06.12.2022 16:00 / SİYASƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

İran 30 ilə yaxın Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycana heç bir dəstək göstərmədi. Dini bizdən olsa da, cənub qonşumuz hər zaman təcavüzkar və işğalçı Ermənistanın yanında oldu və indi də bu siyasəti davam etdirir.