Oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu çərçivəsində "Qütbləşmiş dünyada media vasitəsilə etibarın qurulması" mövzusunda panel iclası keçirilib.
×
Oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu çərçivəsində "Qütbləşmiş dünyada media vasitəsilə etibarın qurulması" mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib ki, əlaqələrin və münasibətlərin daha da möhkəmlənməsinin şahidi olacağıq.
Etimad quruculuğu tədbirlərinin vacibliyindən danışan nazir müavini əlavə edib: “Bu tədbirlər bilavasitə nəqliyyat dəhlizləri boyunca da öz əksini tapmalı və bərqərar olmalıdır. Çünki bu baxımdan iqtisadi inteqrasiyanı daha da dərinləşdirəcəyik. Ölkələrimiz arasında olan münasibətləri daha yüksək səviyyəyə qaldırmaq imkanı əldə edəcəyik. Bu isə bizim üçün vacib məsələdir. Çünki irəli sürdüyümüz çoxşaxəli təşəbbüslər var və onların gerçəkləşməsi olduqca vacibdir”.
Türkiyənin Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Mehmet Daniş qeyd edib ki, qarşılaşdığımız bir çox qlobal çağırışların yaratdığı çətinliklər və qeyri-müəyyənlik mühiti beynəlxalq münasibətlərdə çoxtərəfliliyə olan inamın zəifləməsinə gətirib çıxarır. Məhz bu səbəbdən AQEM kimi çoxtərəfli təşkilatların əhəmiyyəti daha da artır. Çünki müasir dövrün qarşısında duran məsələlərin heç biri, demək olar ki, yalnız birtərəfli iradə ilə həll edilə bilməz.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın fikrincə, rəqəmsallaşma qadınların təhsil, məşğulluq, sahibkarlıq və ictimai iştirak imkanlarını genişləndirməklə yanaşı, onların rəqəmsal təhlükəsizliyinin təmin olunmasını da zəruri edir. Qadınların texnologiyalardan istifadə edən tərəf kimi deyil, həm də rəqəmsal iqtisadiyyatın, innovasiyaların və informasiya mühitinin fəal iştirakçıları kimi təmsil olunması inklüziv və məsuliyyətli rəqəmsal mühitin formalaşdırılmasının əsas şərtlərindəndir.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov Azərbaycan müxtəlif qitələri birləşdirən vacib bir coğrafi məkanda yerləşdiyini söyləyib. O bildirib ki, beynəlxalq təhlükəsizlik sahəsində baş verən böhranlar hadisələrin proqnozlaşdırılmasını daha da çətinləşdirir. Ona görə də regional səviyyəli məsələlərin əhəmiyyəti getdikcə artır.