Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Zimbabve Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

ID:

06.07.2026 15:10 / SİYASƏT

Foto - Aydın Məmmədov

Ölkəmizdə rəsmi səfərdə olan Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 6-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.