Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Zaur Məmmədov: Partiyalar və hakimiyyət arasında dialoqa start verilməsi nəticəsində sağlam mühitin formalaşmasına şahidlik edirik

ID:

24.06.2022 19:20 / SİYASƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Hələ müharibədən əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə islahatlara start verildi. İslahatlar çərçivəsində siyasi mühitdə, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar və bir çox bu kimi institutlar arasında bağların möhkəmləndirilməsi və eyni zamanda, şəffaflaşdırılması, sağlam mühitin yaradılması istiqamətində addımlar atıldı.