Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

YAP-ın nümayəndələri və Makedoniya Türk Demokratik Partiyasının nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

ID:

10.05.2022 11:05 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov, Tofiq Babayev

Mayın 10-da müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri və ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının nümayəndə heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.