Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

ID:

26.07.2021 21:10 / SİYASƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

İyulun 26-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.