Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xarici İşlər Nazirliyi 2021-ci ilin yekunlarına dair qəbul təşkil edib

ID:

17.12.2021 20:20 / SİYASƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Dekabrın 17-də Gülüstan Sarayında Xarici İşlər Nazirliyi ilin yekunlarına həsr edilmiş qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, müvafiq qurumlardan yüksək səviyyəli nümayəndələr, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların ofislərinin rəhbərləri iştirak ediblər.