Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xarici diplomatlar və hərbi attaşelər Naxçıvanda Ulu Öndərin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər

ID:

06.05.2023 12:20 / SİYASƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Ölkəmizdə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələri, eləcə də hərbi attaşelər müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Naxçıvan şəhərində səfərdədirlər.