Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Vətəndaş cəmiyyəti qurumları beynəlxalq təşkilatlara müraciət edib

ID:

25.03.2021 14:10 / SİYASƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Martın 25-də BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafis Səfixanov, “Dayaq” Qeyri-Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib.