Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ümummilli Lider Heydər Əliyevin media sahəsində əsasını qoyduğu ənənələr uğurla davam etdirilir

ID:

27.12.2023 11:05 / SİYASƏT

Foto : AZƏRTAC / Nicat Əlili

Ümummilli Lider Heydər Əliyevin media sahəsində əsasını qoyduğu ənənələr uğurla davam etdirilir.

Bu fikirləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən konfransda söyləyib.