Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ulu Öndərin 100 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək

ID:

30.03.2023 11:20 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis ediləcək.

AZƏRTAC xəbər verir ki, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 30-da keçirilən iclasında müzakirəyə çıxarılıb.