Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Türkiyə Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

ID:

29.10.2021 16:55 / SİYASƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Türkiyə Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclis sədrinin müavinləri və deputatları, dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri rəsmi qəbulda iştirak ediblər.