Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

ID:

13.06.2023 11:35 / SİYASƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.