Ulu Öndər Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi müasir Azərbaycan tarixində özünəməxsus yer tutan böyük bir şəxsiyyətdir.
×
Ulu Öndər Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi müasir Azərbaycan tarixində özünəməxsus yer tutan böyük bir şəxsiyyətdir. Ulu Öndər Azərbaycana istər sovet dönəmində rəhbərliyi dövründə, istərsə də müstəqillik illərində ölkəmizin müstəqilliyi, onun inkişafı üçün misilsiz xidmətlər göstərib. Heydər Əliyevin ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir. Bu gün də Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasətinin təntənəsi kimi qəbul olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu mayın 10-da Fəxri xiyabanı ziyarət edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
T.Budaqov bildirib ki, Ümummilli Liderin Azərbaycan xalqı, dövləti qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə Heydər Əliyevin ən böyük arzusunu - bütöv Azərbaycan arzusunu gerçəkləşdirib.
YAP Sədrinin müavini bu gün Azərbaycan xalqının böyük qürur və fəxarətlə Fəxri xiyabana axın etdiyini, Ulu Öndərin əziz xatirəsini ehtiramla andığını vurğulayıb.