Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Azərbaycana səfərə gəlib

ID:

03.03.2022 10:20 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Adil Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.