Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfərə gəlib

ID:

24.11.2023 00:10 / SİYASƏT

Foto : AZƏRTAC /Arif Quluzade

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.