Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şuşada Zəfər Qurultayının bağlanış mərasimi keçirilib

ID:

23.04.2022 13:10 / SİYASƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilən diaspor nümayəndələrinə “Əməkdar elm xadimi” fəxri adı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Dostluq” ordeni və “Tərəqqi” medalı təqdim edib.