Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

ID:

06.05.2024 19:15 / SİYASƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.