Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

ID:

15.07.2026 11:50 / SİYASƏT

Foto – Aydın Məmmədov

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 15-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.