Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şimali Kipr Türk Cümhuriyyətinin parlament nümayəndə heyəti Milli Məclisdə olub

ID:

25.06.2026 21:20 / SİYASƏT

Foto - Aydın Məmmədov

İyunun 25-də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci Sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Ziya Öztürklerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və qrupun üzvləri arasında görüş keçirilib.