Bu günlərdə Azərbaycan nümayəndə heyəti İtaliyada səfərdə oldu. Hazırda ölkələrimiz arasında münasibətlər yüksək səviyyədə inkişaf edir.
×
Bu günlərdə Azərbaycan nümayəndə heyəti İtaliyada səfərdə oldu. Hazırda ölkələrimiz arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. 2018-ci və 2020-ci illərdə Azərbaycan və İtaliya dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafında mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 21-də keçirilən iclasında deyib.
İki ölkə arasında əlaqələrin inkişafında TAP layihəsinin əhəmiyyətini qeyd edən Milli Məclisin sədri rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən İtaliya rəsmiləri ilə keçirilən görüşlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən ətraflı söhbət edildiyini diqqətə çatdırıb. Spiker bildirib ki, bu yaxınlarda ölkəmizdə səfərdə olan İtaliya nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olublar və ermənilərin törətdiyi vəhşilikləri öz gözləri ilə görüblər. Beynəlxalq ictimaiyyət erməni vəhşiliyi barədə tədbir görməlidir.
Sahibə Qafarova deyib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsindən sonra Qarabağ münaqişəsinə son qoyulub və işğaldan azad edilmiş ərazilərdə bərpa, quruculuq işləri aparılır. Azərbaycan üçtərəfli Bəyanata uyğun olaraq, demarkasiya və delimitasiya məsələlərini həyata keçirir. Üçtərəfli Bəyanatın tələblərini yerinə yetirən Azərbaycan dövlət sərhədlərinin təmin edilməsində israrlı və əzmlidir”.