Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib

ID:

18.08.2024 20:55 / SİYASƏT

Foto : AZƏRTAC / Azər Ibrahimov

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.