Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri başa çatıb

ID:

06.03.2024 17:40 / SİYASƏT

Foto : AZƏRTAC / Nicat Əlili

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycan Respublikasına səfəri martın 6-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.