Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

ID:

08.12.2023 15:50 / SİYASƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 8-də Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.