Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Rusiya Dövlət Dumasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

ID:

07.03.2023 10:30 / SİYASƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması sədrinin müavini Şolban Kara-oolun başçılıq etdiyi nümayəndə heyəti martın 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.