Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Rumıniyalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

ID:

27.02.2023 13:25 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Azərbaycanda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.