Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycana rəsmi səfərə gəlib

ID:

02.02.2023 15:10 / SİYASƏT

Foto : AZƏRTAC /ILKIN CAVANSIROV

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Rumıniyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.