Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ruanda Prezidenti Pol Kaqame Bakıda şəhidlərin xatirəsini anıb

ID:

20.09.2025 12:05 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 20-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.