Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri başa çatıb

ID:

24.11.2023 19:10 / SİYASƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri noyabrın 24-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.