Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qazaxıstanda Azərbaycan telekanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb

ID:

13.07.2026 16:30 / SİYASƏT

Foto : AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov, eləcə də Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin İnformasiya Komitəsinin Televiziya və Radio Kanalları üçün İnformasiya Fəaliyyəti Departamentinin baş eksperti Nurlan Bertısov ilə görüşüb.