Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana işgüzar səfəri başlayıb

ID:

23.11.2023 23:50 / SİYASƏT

Foto : AZƏRTAC / Ilkin Cavanşirov

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.