Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

ID:

24.08.2022 17:20 / SİYASƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.