Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda şəhidlərin xatirəsini anıb

ID:

11.03.2024 16:00 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.