Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qazaxıstan parlamentinin nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

ID:

13.09.2021 12:45 / SİYASƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik Komitəsinin sədri xanım Aygul Kuspanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül qoyub.