Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prokurorluq: Ermənilər mülki şəxslərə qarşı cinayət törətməyə davam edir

ID:

20.09.2023 10:40 / SİYASƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən dünən iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumları nəticəsində 2 mülki şəxs - Şuşa şəhərində mənzil-kommunal və təmir xidməti mühəndisi işləyən 1967-ci il təvəllüdlü Vidadi Fərhadov adlı şəxs qətlə yetirilib, Ağdam rayonunda isə ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskavator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Mehman Həsənovun çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.