Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyev: Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd etməyimiz tarixi hadisədir

ID:

20.03.2021 10:15 / SİYASƏT

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq.