Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub

ID:

04.03.2021 19:30 / SİYASƏT

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın - Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olub.