Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

ID:

07.07.2022 19:05 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

İyulun 7-də Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibdə birinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradılmasının, demokratik, hüquqi və ədalət prinsiplərinə əsaslanaraq inkişaf etdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.