Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Prezident Administrasiyasının rəhbəri: Azərbaycan 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri ilə hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etdi

ID:

14.10.2023 12:15 / SİYASƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

Nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycan təkcə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada deyil, eləcə də Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək, xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar.