Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük önəm verir və regionun çiçəklənməsi naminə səylər göstərir.
×
Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük önəm verir və regionun çiçəklənməsi naminə səylər göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko yanvarın 26-da nümayəndəliyin açılışının 15 illiyinə həsr olunmuş tədbirdə deyib.
Avropa İttifaqının Azərbaycanın əsas tərəfdaşı olduğunu bildirən Petr Mixalko tərəflərin qarşılıqlı səfərlərinin və danışıqlarının bunun təsdiqi olduğunu söyləyib: “Aİ Azərbaycanın strateji tərəfdaşıdır. Tərəflər arasında imzalanan Anlaşma Memorandumu əlaqələrimizi yeni mərhələyə yüksəldib”.