103 il bundan əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Həmin gündən sonra Bakı şəhəri bizim vahid paytaxtımız oldu.
×
103 il bundan əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Həmin gündən sonra Bakı şəhəri bizim vahid paytaxtımız oldu.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Deputat babasının qardaşı Əliqulu Dursunəlioğlunun Bakının işğaldan azad olunmasında, bacısı oğlunun isə Birinci Qarabağ müharibəsində şəhid olmasından qürur hissi keçirdiyini deyib.
"Ötən əsrin əvvəlində Türkiyə özü də ağır vəziyyətdə idi. Ərazisinin böyük hissəsi işğal olunmuşdu. Buna baxmayaraq, onlar özlərinə borc bildilər ki, Azərbaycanın yanında olsunlar. Nuru paşanın başçılığı ilə Bakının müdafiəsinə qalxdılar. Bunu hamı bilsin ki, Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmaq istəyənlər öz istəklərinə çata bilməyəcəklər. Çünki biz eyni qanı daşıyırıq. Biz bundan sonra da güclənəcəyik. Son 100 ildə ilk dəfədir ki, türkün gücü, birliyi ortaya çıxıb. Bizim birliyimiz, inkişafımız hələ uzun illər davam edəcək”, – deyə Tahir Kərimli qeyd edib.