Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi 7 məsələni plenar iclasa tövsiyə edib

ID:

30.03.2023 17:45 / SİYASƏT

Foto : AZƏRTAC /Aydın Məmmədov

Martın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə keçməzdən öncə martın 28-də Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafaya qarşı terror aktının törədilməsi ilə bağlı fikirlərini bölüşüb.