Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərə gəlib

ID:

14.06.2023 20:15 / SİYASƏT

Foto : AZƏRTAC / Azer Ibrahimov

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.