Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Özbəkistanın UzA agentliyi AZƏRTAC ilə xəbər mübadiləsini, texniki və kadr sahəsində təmasları artırmaq istəyir

ID:

04.04.2022 16:10 / SİYASƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

AZƏRTAC və Özbəkistanın Milli İnformasiya Agentliyi - UzA əməkdaşlığı genişləndirməklə bağlı razılığa gəliblər.

İkitərəfli əlaqələrin gücləndirilməsi barədə məsələlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla UzA-nın baş direktorunun birinci müavini Sobir Şükürovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub.