Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib
ID:
28.06.2022 17:15 / SİYASƏT
İyunun 28-də Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycana rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Əli Hüseynli, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və digər rəsmi şəxslər qarşıladılar.
2022 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.