Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Nazir müavini: Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat və enerji layihələrində ABŞ şirkətləri fəal iştirak ediblər

ID:

28.02.2022 19:30 / SİYASƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

ABŞ ilə Azərbaycan arasında əlaqələr çoxşaxəlidir. Bu il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etməyimizə baxmayaraq, ölkələrimiz arasındakı ilk diplomatik əlaqələr hələ Azərbaycan Xalq Cümhuriyyəti dövrünə - 1919-cu ildə Birinci Dünya müharibəsindən sonra Paris Sülh Konfransı zamanına təsadüf edir.