Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib

ID:

17.03.2024 19:45 / SİYASƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.