Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Müdafiə Nazirliyi Qarabağda həyata keçirilən antiterror tədbirləri ilə əlaqədar növbəti brifinq keçirib

ID:

19.09.2023 20:40 / SİYASƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

Ermənistan silahlı qüvvələrinin bölmələrinin və qanunsuz rejimin tör-töküntülərinin Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatlarının qarşısının alınması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması ilə əlaqədar sentyabrın 19-da Müdafiə Nazirliyi növbəti brifinqi keçirib.