Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Müdafiə Nazirliyi: Ermənistan hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir

ID:

19.09.2023 21:20 / SİYASƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

Azərbaycan Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Silahlı Qüvvələrimizin bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda, hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.