Monteneqro parlamentinin sədri Azərbaycana səfərə gəlib
ID:
16.01.2022 22:10 / SİYASƏT
Yanvarın 16-da Monteneqro parlamentinin sədri Aleksa Beçiç ölkəmizə rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Adil Əliyev, Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri İqbal Məmmədov, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər qarşılayıblar.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.